Haqqımızda

«Аbşeron» elm-istehsalat müəssisəsi su sərfiyyatının uçotu cihazlarının işlənib hazırlanması və istehsalı ilə 30 ildən artıq məşğul olmuş təcrübəli mütəxəssislər komandası tərəfindən 2003-cü ildə yaradılmışdır. Müəssisənin əsas vəzifəsi Azərbaycan Respublikasında cihazqayırmanın daha da inkişaf etdirilməsindən və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük tələbat olan müasir, keyfiyyətli və rəqabətə davamlı su sayğaclarının və digər ölçmə vasitələrinin yaradılmasından ibarətdir.

 

2004-cü ilin əvvəllərində «Аbşeron» ticarət nişanı altında satışa çıxarılmış SSS-15 və SSS-20 tipli birşırnaqlı mənzil su sayğacları  müəssisənin ilk məhsulları olmuşdur. Həmin il ÇSS-25, ÇSS-32 və ÇSS-40 tipli çoxşırnaqlı bina su sayğaclarının istehsalına başlanmış, artıq 2005-ci ildə şərti keçidi  50; 65; 80; 100; 150 və 200 mm olan sənaye təyinatlı СТВ tipli turbinli cihazların istehsalı qaydaya salınmışdır.


Növbəti illərdə SSS-15M və SSS-20M tipli mənzil su sayğaclarının,  ÇSS-15, ÇSS-20 və ÇSS-50 tipli bina su sayğaclarının və   ÇSS-15K tipli əvvəlcədən ödənişli kart sisteminə malik cihazların istehsalı mənimsənilmişdir.


2011-ci ilin aprel ayından RG-6 markalı qaz təzyiqi tənzimləyiciləri və xüsusi kompozit materialdan hazırlanan, tikilidən kənarda quraşdırıla bilən şkaflar istehsal olunur.
İstehsal həcmini genişləndirməkdən ötrü müəssisə 2009-2011-ci illərdə «PAŞA Holding»in  paylı iştirakı ilə Gəncə şəhərində cihazqayırma zavodunun yaradılması layihəsinə sərmayə qoymuşdur. Hazırda müəssisənin müasir texnoloji avadanlıqla təchiz olunmuş bütün istehsalat gücü buraya cəmlənmişdir. Zavodun torpaq sahəsi 5 ha-dan artıqdır, istehsal sahəsi 6000 kv.m-ə çatır. Zavodda çalışanların sayı 170 nəfər təşkil edir.


Müəssisənin mərkəzi ofisi Bakı şəhərindədir. Burada həmçinin, anbar və satılan məhsula təminat xidməti göstərən servis mərkəzi yerləşir.


Şirkətin Rusiyanın Moskva və Yekaterinburq, Qazaxıstanın Ekibastuz, Gürcüstanın Tbilisi və Özbəkistanın Daşkənd şəhərlərində rəsmi nümayəndəlikləri mövcuddur.


Şirkət tərəfindən istehsal olunan məhsul həcminin 50 %-indən çoxu eksporta göndərilir.


Müəssisənin aktivi yalnız elm-istehsal bazasından və maliyyə gəlirlərindən ibarət deyil, ilk növbədə yüksək ixtisaslı mütəxəssislər komandasıdır. Onların bir çoxu müəssisənin əsası qoyulandan bizimlə birlikdə işləyir.  Biznes üzrə Azərbaycanda, Rusiyada, Qazaxıstanda, Gürcüstanda, Özbəkistanda, Türkiyədə, İtaliyada, İranda və digər ölkələrdəki tərəfdaşlarımız da əvəzolunmaz aktivlərimizə daxildir və buna görə biz onlara minnətdarlığımızı, dərin hörmətimizi bəyan edirik.

 

2012- ci ilin may ayında müəssisənin keyfiyyəti  idarə sistemi  İSO 9001-2008 beynəlxalg standartının tələblərinə uyğun olarag sertifikatlaşdırılıb.

 

Əlavələr

Son xəbərlər

bütün xəbərlər