Xəbərlər

“12” iyul 2025-ci il tarixdə, saat 11:00-da “Gəncə Cihazqayırma Zavodu” ASC-nin (bundan sonra mətndə “Cəmiyyət” adlanacaq) [Gəncə şəhər Vəli Xuluflu 1] ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası çağrılır. İclasın gündəliyi: (i) Cəmiyyətin fəaliyyəti üçün tələb olunan müxtəlif maliyyələşdirmə üsulları və vasitələrinin (bank kreditləri, səhmdarlardan cəlb ediləcək borc vəsaitləri, müvafiq zəmanətlərin/qarantiyaların alınması və s.) nəzərdən keçirilməsi və təsdiqi; (ii) Cəmiyyətin 2021-2022-2023-cü illər in nəticələrinə görə əldə edilmiş xalis mənfəətin müəyyən hissəsinin cəmiyyətin səhmdarlarına divident formasında ödənilməsi; (iii)Digər məsələlər. Cəmiyyətin səhmdarları cağırılan Ümumi Yığıncağının gündəliyi üzrə materialları ilə Cəmiyyətin [Gəncə şəhər Vəli Xuluflu 1] ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.

Xəbərlər

Son xəbərlər

bütün xəbərlər